​MİT-dən İraqda əməliyyat - 60 türkü öldürən terrorçu yaxalandı

​MİT-dən İraqda əməliyyat
11:45 28.02.2023
206 Dünya
A- A+
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, 60 təhlükəsizlik əməkdaşının şəhid olduğu 12 terror aktını törədən PKK/KCK terror təşkilatının üzvü Ramazan Güneş əməliyyat nəticəsində ələ keçirilərək Türkiyəyə gətirilib.

Bundan sonra da terrorla qətiyyətli mübarizə aparılacağı vurğulanıb.