​Sabahın hava proqnozu açıqlandı

​Sabahın hava proqnozu
13:21 28.02.2023
213 Toplum
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.