​ÜST-dən XƏBƏRDARLIQ - Bu xəstəlik KƏSKİN ARTDI

​ÜST-dən XƏBƏRDARLIQ
14:25 28.02.2023
213 Toplum
A- A+
Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

Bu barədə  ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb. 

ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.