Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir.