​Avtoxuliqanlıq edən sürücü 15 sutka həbs olundu

​Avtoxuliqanlıq edən sürücü 15 sutka
12:27 02.03.2023
187 Hadisə
A- A+
Şamaxı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarına riayət etməyərək digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Rayon sakini Ramil Babayev idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində davamlı şəkildə qaydaları kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib.

Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs müəyyən olunaraq şöbəyə gətirilib.

R.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.