​Hacı Şahinlə belə vidalaşdılar - VİDEO+FOTOLAR

​Hacı Şahinlə belə vidalaşdılar
14:11 02.03.2023
241 Toplum
A- A+

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasının dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib.

Səhər saatlarından başlayaraq Hacı Şahinlə sağlığında axundu olduğu Məşədi Dadaş məscidində vida mərasimi keçirilir. Mərasimdə din xadimləri, ictimaiyyət nümayəndələri, tanınmış insanlar daxil olmaqla yüzlərlə şəxs iştirak edir.

Məscidin ətrafında böyük izdiham yaşanır. Vida mərasimi saat 16:00-dək davam edəcək. Daha sonra mərhumun cənazəsi Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

 

1677750084_8
 
1677750082_6
1677750129_5
1677750067_4
1677750060_3
1677750145_2