​Gələcəyin peşələri BUNLAR olacaq - İnsan əməyi getdikcə azalır

​Gələcəyin peşələri BUNLAR olacaq
15:18 02.03.2023
534 Sosial
A- A+
Müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar əmək bazarında bir çox yeni ixtisasların formalaşması və bu ixtsaslara tələbatın artması müşahidə olunur.

Bununla paralel olaraq, bir çox peşə və ixtisaslar isə yavaş-yavaş öz mahiyyətini itirməyə başlayır və yaxın gələcəkdə bu sahələrdə iş bazası tükənə bilər.

 Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Referans.az-a açıqlama verib.

“İlk növbədə qeyd edim ki, pandemiya dövrü əmək bazarında ehtiyac olan yeni ixtisasları tələb etdi. Pandemiya dövründə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamətdə ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir. Pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrə onlar həm işlərini görmək, həmdə asudə vaxtlarını keçirmək üçün kompüter və onunla oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbləri 2010-cu ildə 55.5 milyard dollardan 2025-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. Bundan əlavə bu gün çiçəklənmə dövrünü yaşayan İnformasiya təhlükəsizliyi ixtisası da gələcəkdə böyük tələbatı olacaq sahələrdəndir. Proqramlaşdırma işinin bir çox sahələri ilə bağlı ixtisaslar da hazırda olduqca tələbolunandır. Qeyd edə bilərəm ki, universitetlər bu cür ixtisaslarla bağlı düzgün kadr hazırlığı proqramını həyata keçirə bilsələr, gələcəkdə bir çox uğurlu mütəxəssis yetişdirə bilərik. Bununla paralel olaraq bir çox ixtisas və peşəyə tələbat təbii ki, yavaş-yavaş azalmağa və yox olmağa doğru gedəcək. Hazırda bu ixtisasların adını çəkmək çətin olar, çünki bu proses mərhələ-mərhələ davam edir”.