Hacı Şahinin ölüm faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasının dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib.