Rusiya prezidenti Vladimir Putin Braynskda baş verən hadisələri terror aktı adlandırıb.
O, hadisəni törədənləri tənqid edib.
“Bunlar bizi tarixi yaddaşdan məhrum etməyi, öz tarixlərindən, adət-ənənələrindən, dillərindən məhrum etməyi qarşılarına vəzifə qoyan insanlardır”, - deyə Putin bildirib.
Xatırladaq ki, bu gün Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətində atışma qeydə alındığı, iki nəfərin girov götürüldüyü barədə Kremlə yaxın mətbuat orqanları iddialar tirajlanmışdı. Ukrayna tərəfi məlumatı təkzib edib, belə bir hadisənin baş vermədiyini açıqlayıb.