Təxminən 10 il əvvəllə müqayisədə Azərbaycanda yol hərəkəti ilə bağlı kifayət qədər inkişafın olduğunu görə bilərik.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O qeyd edib ki, bu inkişaflara baxmayaraq, Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində ötən il 834 nəfər həyatını itirib.
"Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə eyni zamanda, kifayət qədər imkan verir ki, bu günə qədər əldə etdiyimiz uğurlara fokuslanıb, onları daha da utilizasiya edib irəli aparaq", - nazir bildirib.