​Sülh müqaviləsi üçün məsuliyyət daşımağa hazıram - Paşinyan

​Sülh müqaviləsi üçün məsuliyyət daşımağa hazıram
12:42 03.03.2023
235 Siyasət
A- A+
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlı olduğunu bildirib.

Bu barədə o, Berlindəki çıxışı zamanı danışıb.

O qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün kapitulyasiyaya bənzər sənəd olmamalıdır:

"Sülh müqaviləsi regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.