​Həbsxanada DƏHŞƏTLİ HADİSƏ - Nazirliyin sabiq əməkdaşı BOĞAZINI KƏSDİ

​Həbsxanada DƏHŞƏTLİ HADİSƏ
14:54 03.03.2023
224 Hadisə
A- A+

Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.

SÜLH.İNFO.az Trend-ə istinadən məlumat verir ki, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib. T.Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T. Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabiq əməkdaşıdır. 

O Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən “TUA TT” MMC-nin rəhbəri olub. T.Alışanlı ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.