​Sürücülük vəsiqəmiz bu ölkədə də keçəcək - Qanun təsdiqləndi

​Sürücülük vəsiqəmiz bu ölkədə də keçəcək
15:38 17.03.2023
125 Toplum
A- A+

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.