​Oqtay Əliyevin BU ARZUSU gerçəkləşəcək - AÇIQLAMA

​Oqtay Əliyevin BU ARZUSU gerçəkləşəcək
13:49 24.03.2023
115 Toplum
A- A+
Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev avtomobil qəzasında dünyasını dəyişib.

Sulh.info.az Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Mübariz Tağıyev "7 canlı" verilişində mərhumun gələcək planlarından danışıb. O bildirib ki, O.Əliyev məşhur "Yeni ulduz" layihəsini etməyi planlaşdırırmış:

"Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olub. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə gündədir... Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

"Yeni ulduz"dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik".

"Aygün Kazımovanın ad günündə danışdıq. Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq" deyə, aparıcı Vüsalə Əlizadə deyib.