Qırğızıstan öz ərazisində ABŞ-ın aviabazasını yerləşdirməyəcək.
SÜLH.İNFO.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Onun sözlərinə görə, Qırğızıstanda Rusiya bazası var və bu, ölkə üçün yetərlidir.
O, Qırğızıstanın supergüclərlə siçan-pişik oynamaq istəmədiyini bildirib.