Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri bəşəriyyət üçün yeni pandemiya təhlükəsini proqnozlaşdırıb.
Bu barədə Sulh.info.az xarici mediaya istinadən xəbər verir.
Mayın 23-də Cenevrədə keçirilən illik assambleyada ÜST-nin rəhbəri Tedros Qebreyesus bildirib ki, yeni pandemiya təhlükəsini istisna etmək olmaz:
“Ölümə səbəb ola biləcək başqa bir COVID variantının təhlükəsi hələ də qalmaqdadır. Daha da ölümcül potensiala malik yeni patogenin ortaya çıxması təhlükəsi var”.
Baş direktor həmçinin bütün dünyanı gələcəkdə təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.
Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının bitdiyini elan edib. /konkret.az