Avstraliyada dəhşətli qətl hadisəsi baş verib.
Sulh.info.az xəbər verir ki, gənc qadın dava etdiyi anasını ən azı 100 yerdən bıçaqladıqdan sonra başını kəsib.
25 yaşlı qadın anasının bədənindən ayırdığı başını götürərək küçələrdə dolaşıb.
Anasının kəsilmiş başı ilə küçələrdə gəzən gənc qadın daha sonra bir xəstəxananın təcili yardım şöbəsinə girib. Xəstəxanada həkimlərə "anamın başını yerinə tikə bilərsiniz?" sualını verən gənc qadın hər kəsi şoka salıb. Gənc qadın dərhal hadisə yerinə çağırılan polislər tərəfindən saxlanılıb.
Hakim qarşısına çıxan gənc qadın 21 illik həbsə məhkum edilib.