Sulh.info.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova qonaq olduğu "Günün sədası" verilişində deyib.
Ailələrin dağılmasından söz açan sənətçi bildirib ki, gənclər xoşbəxt olmamaq üçün əllərindən gələni edirlər:
"Türklərin bir sözü var - arvad boşamaq çox asandı. Amma yaşayandan sonra baxırsan ki, xeyr, belə deyil. Ailə qurmazdan əvvəl anama sual verirdim ki, niyə ikinci və üçüncü övladı dünyaya gətirdin? Atamla xoşbəxt deyildinsə, niyə məni dünyaya gətirdin? Sonra gördüm ki, övlad dünyaya gələndən sonra özünü atırsan ikinci plana. Çünki övladları seçmək kimi şansları yoxdur. Amma biz onlara bütöv ailədə böyüməyi nəsib etməliyik. İndiki gənclər əllərindən gələni edirlər ki, xoşbəxt olmasınlar. Xoşbəxtlik ani bir şeydir. Tamamilə xoşbəxt, gülərüz yaşaya bilmərik. Bu artıq dəlilik olar. Bitdi, ayrılıram deyib, ailəni dağıtmaq olmaz. Biraz düşünməlisən. Tərəzinin bir tərəfinə yaxşıları, bir tərəfinə isə pisləri qoymalısan".
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.
Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.