Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.