​"Rəfiqəsi zəngə cavab vermədi, özünü..." - Bakıda DƏHŞƏTLİ ÖLÜM

​
11:52 25.05.2023
125 Hadisə
A- A+
Bakıda 63 yaşlı qadın intihara cəhd edib.

Hadisə paytaxtın Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən evlərin birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Ə.Novruzova yaşadığı evin hamam otağında bıçaqla sol qoluna xəsarət yetirib.

Məlumata görə, Ə.Novruzova uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir.

Bildirilir ki, rəfiqəsi onun zənginə cavab vermədiyi üçün özünə xəsarət yetirib.