İqtisadçı Natiq Cəfərlinin fikrincə, əmlakin icbarı sığortası məntiqsiz, hətta hüquqa zidd yanaşmadır. Onun fikrincə, biz əmlakımızı sığortalanmaqda özümüz maraqlı olmalıyıq, bu məcburi/icbari ola bilməz:
“İcbarı sığorta kənar şəxsə dəyə biləcək zərərə görə ola bilər, məsələn, avtomobillərin icbarı sığortası zərər vurduğun avtomobilin zərərini qarşılayır. Ev-mənzil sığortası belə deyil axı! Sən öz mənzilini, məsələn, subasmadan sığortalayırsan, sən suyu açıq qoyursan, öz mənzilinə ziyan dəyir, sığorta bunu qarşılayır, amma sənin alt qonşuna da ziyan dəyir, onu sığorta qarşılamır, sən qonşuluq ədəb-ərkanına uyğun ona dəyən zərəri ödəməyə çalışırsan. Yəni, burada icbarı sığorta məntiqi işləmir axı! Əmlakın icbarı sığortası haqqında qanun/qayda hüquqa ziddir, buna görə cərimə tədbiqi də absurddur”.
İqtisadçı bildirib ki, ölkədə elə bir iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən olmalıdır ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalasın, burada məcburiyyət ola bilməz. /Tribunainfo.az