​Cəlilabadda DƏHŞƏTLİ HADİSƏ - itin dişlədiyi azyaşlı ÖLDÜ

​Cəlilabadda DƏHŞƏTLİ HADİSƏ
16:13 25.05.2023
157 Hadisə
A- A+
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.