​“Planet Parni iz Baku” avtobus sürücülərini TƏHQİR ETDİ - "Avtobus sürücüləri xiyardır, avtoşlarımız isə..." /VİDEO

​“Planet Parni iz Baku” avtobus sürücülərini TƏHQİR ETDİ
12:11 26.05.2023
105 Maqazin
A- A+
“Planet Parni iz Baku”nun konsertindən TikTok-da yayımlanan görüntülər müzakirələrə səbəb olub.

OLAY yazır ki, buna isə Əməkdar artist Cabir İmanovun səhnəciklərdən birində avtobus sürücülərini təhqir etməsi rəvac verib.

Əməkdar artist Tahir İmanovun “Nəyə görə Bakının ekologiyası pozulub” sualını C.İmanov belə cavablandırıb:

“Niyə belə deyirsiniz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün burada nə qədər vitaminlər var. Bizim taksilərimiz “badımcandır” (London taksilərini nəzərdə tutur – red.), avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır”.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İzləyicilər İmanovların insanları təhqir etdiyini, yumorlarının gülməli olmadığını yazıblar.