Eskpert bu barədə Moslenta.ru-ya danışıb.
O, bildirib ki, istilikdə bədən güclü stress keçirir:
"Bədən enerjini soyutmağa sərf etməli, eyni zamanda adi zehni və ya fiziki iş görməlidir. Qida istiliyin səbəb olduğu stressi artıra və ya əksinə, bədənin bununla mübarizə aparmasına kömək edə bilər".
Mütəxəssis ördək (yağlığı ümumi kütlənin 60 faizinə qədər çata bilər), donuz əti (30 faizdən 50 faizə qədər yağ), qaz (30 faizə qədər yağ), quzu və mal ətini (ətin tərkibindən və strukturundan asılı olaraq 20 faizə qədər yağ var) yağlı ətlərə aid edib. Kolbasa və sosiskalarda da 20 faizə qədər yağ ola bilər. Qiymə ətin yağlılığı isə tərkibinə əsasən 2030 faizdir.
Pəhriz ətlərinə dana, toyuq, mal əti, hinduşka və dovşan daxildir. Enerji dəyəri baxımından 100 qram belə məhsul 200-ə yaxın kalori və 13 faizdən çox olmayan yağ ehtiva edir.
Dietoloq vurğulayıb ki, sidik turşusunun yığılma tendensiyası və sonradan oynaqlarda baş verən dəyişikliklərə görə podaqradan əziyyət çəkən insanlara yağlı ətlər xüsusilə tövsiyə edilmir. Böyrək xəstəliyi və mədə-bağırsaq traktının xəstəlikləri, xüsusən də mədəaltı vəzi və qaraciyər problemləri, mədə və bağırsaqlarda hər hansı iltihabi prosesləri olan insanlar da özlərinə ciddi məhdudiyyətlər qoymalıdır. Əks halda bu, mədədə şişkinlik və qazla yanaşı daha ağır problemlərə səbəb ola bilər.
"Yağlı ətin hətta ən yağsız bir hissəsi qaraciyər və mədəaltı vəzi üzərində ciddi yük yaradır ki, bu da sağ hipokondriyumda ağrılara, mədə və bağırsaqlarda ağırlığa, mədəaltı vəzində ağrılara səbəb ola bilər. Yağlı ətin uzunmüddətli və müntəzəm istifadəsi xolesterin miqdarının artmasına səbəb olur ki, nəticədə də ürək-damar xəstəliklərinin inkişafına yol açır", - Tatyana Meşçeryakova qeyd edib.
Meşçeryakova xatırladıb ki, ÜST həftədə 500 qramdan çox olmayan qırmızı ət yeməyi tövsiyə edib. Bu da həftədə üç-dörd porsiyaya bərabərdir. Daha çoxu sağlamlığınız üçün potensial təhlükədir. Bundan başqa mütəxəssis yağlı əti qaynatmağı və ya buxarda bişirməyi məsləhət görüb. O, ət yeməklərinə qarnitür olaraq təzə pomidor, xiyar, bolqar bibəri və istənilən göyərtidən istifadə etməyi tövsiyə edib.
Diyetoloq yekunda xəbərdarlıq edib ki, ət yeməyi ilə birlikdə düyü yemək həzmi daha da ağırlaşdırır. /publika.az