“Əl-Nəsr”, klubdan ayrılmaq istədiyi irəli sürülən Kriştiano Ronaldonu heyətdə saxlamaq üçün inanılmaz həmlə edib.
“Əl-Nəssr” portuqaliyalı ulduzun "Real Madrid"də birlikdə çalışdığı məşqçi Zinəddin Zidana astronomik təklif edib. Məlumata görə, fransız məşqçiyə 2 il üçün 150 milyon avro təklif edilib. Lakin klub Zidandan istədiyi cavabı ala bilməyib.
Təklifi rədd edən Zidan Avropanın 5 böyük liqasından birində çalışmaq istədiyini bildirib. Qeyd edək ki, Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanındakı mühitə uyğunlaşa bilmədiyi və klubdan ayrılmaq istıdiyi irəli sürülür. Ronaldonun nümayəndələri rədd edib.