​Peşman olmur, tövbə etmir - Xəyanətkar kişiləri arxayınlaşdıran nədir?

​Peşman olmur, tövbə etmir
14:59 26.05.2023
147 Maraqlı
A- A+
Həyat yoldaşlarına xəyanət etdikdən və başqa sevgi münasibətləri yaşadıqdan sonra kişilər tövbə etmir, xəyanət etdiklərinə görə peşman olmurlar. Əksinə məmnunluq hiss edir və başqalarının evliliklərinə zərər vermədiyinə inanırlar.

Bu barədə "Science Daily" yazır.

Bu nəticələrə amerikalı psixoloqlar Ashley Madison veb-saytının iki min istifadəçisi arasında keçirilən sorğudan sonra gəliblər.

Respondentlərin əksəriyyəti orta yaşlı kişilərdir.

"Biz mətbuatda, televiziya şoularında, filmlərdə və kitablarda aldatdıqdan sonra sıx günah hiss edən insanları görürük. Amma bizim nümunəmizdə bu müşahidə edilmir. Məmnuniyyət reytinqləri həm cinsi, həm də emosional baxımdan yüksək idi. Eyni zamanda, təəssüf hissi göstəriciləri aşağı idi. Bu nəticələr onu göstərir ki, xəyanət inandığımızdan daha mürəkkəbdir”, – aparıcı müəllif Dylan Selterman deyib./publika.az