Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
“Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirəm”, - paylaşımda qeyd olunub.