Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter səhifəsində yazıb.
O bildirib ki, Ermənistan təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta məlumatlar yayır:
“Ermənistan təxribatlara son qoymalı, Azərbaycan Ordusunun əsir saxladığı iki əsgərini geri qaytarmalı və 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.