Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra avtobusların əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.