“Kəmalə xala, gecələr yata bilmirəm… Apar məni ,nə olar…”
Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə Tovuzdan 44 yaşlı ailəli kişiylə Xaçmaza qaçan 13 yaşlı qız deyib. Məktəbliylə görüşdən sonrakı təəssüratını yazan K.Ağazadə bildirib ki, uşağın izahatı yenidən alınmalıdır:
“Tovuzdaydım…Bir neçə gün öncə bütün ölkənin diqqəti itkin düşən 13 yaşlı qızcığazda idi. Nə gəldi yazdılar, manşetlərə zərərçəkəni çıxartdılar, sanki zərər törədən, cinayətkar o balaca qızcığaz, əlləri işləməkdən cadar-cadar olan atası-anası idi…
“Gecələr yata bilmirəm…Apar məni, nə olar…”
İstintaq sirri deyilən bir deyim var. Detalları açmayacam. Amma o uşağın izahatı yenidən alınmalıdır. Artıq sığınacaqda, reabilitasiya gedəcək”.