Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın Ərdoğanın proqramı ilə bağlı açıqlama verib.
O, seçkidən sonra Ərdoğanın səfər edəcəyi ölkələri açıqlayıb:
“Bu cümə axşamı Moldovada görüş var. Avropa İttifaqı (Aİ) rəhbərliyi və daha 20 ölkə dəvət olunub. Orada liderlərlə görüş ola bilər. Getməmə qərarı qəbul edilərsə, Kipr və Azərbaycana səfər edəcəyik”.