Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar
Cəbişov özünü asaraq həyatına son qoymasının səbəbi məlum olub.
FHN-dən əldə olunan məlumata görə, nazirliyin əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş iş saatında, mərhumun atasının evində baş verib./Qafqazinfo