Akademik Rus Dram Teatrının heyəti Şəkiyə yola düşüb.
Sulh.info.az "olay.az"-a istinadən xəbər verir ki, onlar Şəki Dövlət Dram Teatrının səhnəsində “Ya, tı, on i telefon” (Mən, sən, o və telefon) tamaşasını oynamaq üçün bölgəyə yollanıblar.
Lakin gözlənilməz qəza baş verib. Truppanı Şəkiyə aparan avtobusun dəmir konstruksiyaya ilişməsi nəticəsində bir tərəfində olan pəncərələri sınıb.
Xoşbəxtlikdən bu zaman teatrın aktyorları avtobusdan enmək üçün qapı tərəfdə olublar. Onlardan xəsarət alan olmayıb.