​Bakı, İrəvan, Moskva - Bu həftə üçtərəfli görüş ola bilər

​Bakı, İrəvan, Moskva
17:03 30.05.2023
167 Siyasət
A- A+

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan kommunikasiyaların açılması üzrə işçi qrupunun iclası çərçivəsində azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü şərh edib.

Publika.az xəbər verir ki, Qriqoryanın sözlərinə görə, Bakı, İrəvan və Moskva arasında danışıqlar böyük ehtimalla bu həftə baş tutacaq.

“İşçi qrupu çərçivəsində yalnız nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunacaq”, - Mher Qriqoryan deyib.

Qeyd edək ki, mayın 25-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşündən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk baş nazir müavinləri səviyyəsində danışıqların aparıldığını elan edib. Overçuk bildirib ki, iclas bir həftədən sonra baş tutacaq.