​Kılıçdaroğlu təklənir - Proses başladı, CHP-də otaqlar boşaldılır

​Kılıçdaroğlu təklənir
09:30 31.05.2023
122 Dünya
A- A+
Seçki gecəsi “Uğursuzluq anlayışı var” deyərək Mərkəzi İcra Heyəti (MYK) üzvlərinin kollektiv istefa tələbini rədd edən CHP sədri Kamal Kılıçdaroğlu ona qarşı artan tənqidlərə qarşı çıxıb.

Vaxt qazanmaq və cəmiyyətin qəzəbini azaltmaq üçün Kılıçdaroğlunun sabah MYK üzvlərinin kollektiv istefasını qəbul edəcəyi iddia edilir.

Kreslosunu qorumaq üçün qurultayı yerli seçkilərə qədər təxirə salmağa çalışdığı iddia edilən Kılıçdaroğlunun reaksiyaları səngitmək üçün istefalara razılıq verəcəyi qeyd edilir.

Tuncay Özkanın sabah saat 13.00-da baş tutacaq MYK toplantısından əvvəl artıq CHP Ümumi Qərargahındakı otağını boşaltmağa başladığı, CHP-nin baş katibi Selin Sayek Bökenin isə istefasından sonra elmi fəaliyyətinə davam edəcəyi bildirilib.

Digər tərəfdən, dünən TBMM-də çıxış edən CHP Qrup sədr müavini Özgür Özəl vəzifə dəyişikliyi siqnallarını verib. Andiçmə mərasimindən sonra şənbə günü qapalı qrup toplantısı keçirəcəklərini açıqlayan Özəl, "Heç bir şey olmamış kimi siyasətlə məşğul ola bilmərik" deyib.

Yığıncaqda 1 qrup rəhbəri və 3 qrup rəhbəri müavini seçəcəklərini bildirən Özəl, həm özünün, həm də Engin Altayın qrup rəhbəri müavini vəzifəsinə namizəd olmadığını açıqlayıb.

Əldə edilən məlumata görə, yerli seçkilərin birlik içində keçirilməsini bəhanə edən CHP sədri Kamal Kılıçdaroğlu və partiya heyəti qurultay prosesini bu müddətdən sonraya təxirə salmağı düşünür.

Qeyd edək ki, ictimaiyyətdən gələn “istefa” çağırışlarından sonra CHP-də kreslo təlaşı pik həddə çatıb və qurultay təqviminin sabah MYK toplantısında formalaşacağı gözlənilir.

Keçən il də erkən seçki ehtimalı və epidemiya şəraiti səbəbiylə qurultayı təxirə salan Kılıçdaroğlu, mayın 14-dən əvvəl deputatlığa namizəd siyahılarını müəyyənləşdirərkən araşdırma aparmağa ehtiyac duymadı.