​Döyülən model Razi Əliyevadan YENİ XƏBƏR

​Döyülən model Razi Əliyevadan
12:44 31.05.2023
196 Hadisə
A- A+
Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan-2017"nın qalibi, model və aparıcı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü iddia edib.

Polis məsələ ilə bağlı araşdırmalara başladıqdan sonra Razi Əliyevanın ölkədə olmadığı üzə çıxıb. Hazırda onun harada olması ilə bağlı məlumat yoxdur.

Görünür, R.Əliyevanın ölkədən qaçmasının səbəb onun həyatı üçün təhlükə hiss etməsi ilə bağlıdır. Belə ki, o, sosial şəbəkə hesabında özünün və ailəsinin Z.Hüseynzadə tərəfindən davamlı şəkildə təhdid edildiyini açıqlayıb.

Qeyd edək ki, Z.Hüseynzadə evli olub. O, model sevgilisinə 3 dəfə evlilik təklif etsə də, R.Əliyevə evli olduğu üçün onunla yollarını ayrılmaq qərarına gəlib./Bakupost.az