Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Qarşı-qarşıya" verilişində deyib.
O, plastik əməliyyatlardan sonra açıq görüntülərin sosial şəbəkələrdə paylaşılmasını tənqid edib:
"Bayağı şəkildə elə şeyi reklam edirlər ki... İnstaqramı açırsan "omba", "sinə" görürsən, bildik də şişirtmisən. Bundan kişilərin də ürəyi bulanır. Artıq kişiləri heç haranızla təəccübləndirə bilməyəcəksiz.
Mini geyinsəniz oranızı-buranızı açsanız, maraqlı olmayacaq. Onsuz da instaqramda var, kimi istəsən açıb görürsən. Bir məşhur cərrah bu yaxınlarda sinə əməliyyatı edib, yeni olanda əlini vurursan daş kimi, bir ay sonra əzilir. İndi kişilər də bu əməliyyatlara gedir. Kişilər bağırırlar ki, biz təbii xanım xoşlayırıq. Qadınlar bunu eşitmirlər? Kim üçün kəsdirirlər? Balaca boylu adamın nə böyüklükdə sinəsi, incə beli, yarım metr də arxası olur. Yəqin Allah özü də baxıb deyir ki, belə bəndə yaratmamışam".