Ağcaqanadların əlindən yaşaya bilmirik.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, sovet dövründə yaşayış binaları dezinfeksiya edilirdi: "Bu da ağcaqanadların, həşəratların məhv olmasına səbəb olurdu. Bununla da mümkün xəstəliklərin qarşısı alınırdı, amma indi mənim özümün yaşadığım ərazidə gündüz vaxtı belə ağcaqanadların əlindən yaşaya bilmirik. Bu eyni zamanda malyariyya və digər xəstəliklər yaradır”.
Millət vəkili həmçinin Ağsu-İsmayıllı rayonlarında küçə itlərinin əlindən uşaqların mətkəbə gedib-gələ bilmədiyini deyib: "Bu itləri vurmağa da qoymurlar. İndi neyniyek? Bu itləri yığaq Çinə, Koreyaya göndərək? Xaiş edirəm, bu məsələlərə sanitar-epidemiologiya şöbələri ciddi nəzarət etsin!".