İtaliyada hər kəsi şoka salacaq olay yaşanıb.
Veneto ərazisində adı açıqlanmayan 60 yaşlı qadın vəfat edən anasının pensiyasını əldə etmək üçün ağılasığmaz üsula əl atıb.
Belə ki, o, anası Helga Maria Hengbarthın doğulduğu Almaniyaya getdiyini bildirərək onun dünyasını dəyişdiyini hərkəsdən gizlədib.
Bununla da qadın 6 il ərzində 156 min funtsterlinq (təxminən 328 536 AZN) pul əldə edib.
Polis qadının evinə basqın həyata keçirərkən Helganın cansız bədənini tapıblar. Qadın özü isə həmin vaxt evdə olmayıb. O, könüllü şəkildə polisə gedərək günahını etiraf edib.