Bakı Metropoliteni 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 2 ünvanda tədbir təşkil edəcək.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah saat 10:00-da "Neftçilər" stansiyası yaxınlığında (bazar istiqamətində 300 m) şaxta ərazisində yeni tipli sosial layihə nümunəsi kimi sakinlər üçün salınmış uşaq əyləncə və idman meydançası istifadəyə veriləcək.
Bundan əlavə, saat 12:00-dan "İçərişəhər" stansiyasında ənənə üzrə uşaqlar üçün şou-proqram başlanacaq.