​Bu rayonlara dolu düşdü - FAKTİKİ HAVA

​Bu rayonlara dolu düşdü
10:36 01.06.2023
133 Toplum
A- A+
“Əvvəlcədən xəbər verildiyi kimi, şimal qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə isə yağıntılar leysan xarakterli, intensiv və güclü olub”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, bəzi dağ çaylarında isə qısa müddətə sel keçib:

“Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50 -60 faizini təşkil edir. Mayın 31-də Qazax, Şəmkir, Balakən rayonlarına dolu düşüb. Dolunun diametri 12 mm-dək qeydə alınıb. Güclü şimal-qərb küləyi bəzi bölgələrdə 24-28 metr saniyəyədək güclənib”.