​Yaddaşınız zəifləyib, tez yorulursunuz? - Bu xəstəliyin əlamətləri ola bilər! /SOS

​Yaddaşınız zəifləyib, tez yorulursunuz?
12:06 01.06.2023
144 Maraqlı
A- A+
Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan gəlmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər.

Bu sözləri ürək damar cərrahı Ramil Əliyev deyib.

O, bildirib ki, bu xəstəlik stenokardiya adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, bu, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər.

"Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində tədricən birləşdirici toxumanın (çapıq) artmasına səbəb olur ki, bu da son nəticədə kardioskleroz (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.

Beyin damarlarının aterosklerozu əmək qabiliyyətinin (xüsusilə, əqli iş qabiliyyətinin) azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult (beyin toxumasının müəyyən bir sahədə məhv olması) baş vermiş olur", - həkim yekunda qeyd edib. /publika.az