​Görüş başladı - Nikol saatlar sonra bu sənədə imza atacaq

​Görüş başladı
16:59 01.06.2023
132 Siyasət
A- A+
Kişinyovda beştərəfli – Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və erməni baş nazir Nikol Paşinyanın görüşünün Bakı vaxtı ilə saat 16:30-da başladığı bildirilir. ABŞ-dan Rusiyaya qədər böyük coğrafiyada siyasi mərkəzlərin diqqəti bu görüşdədir.

Ermənistanda hesab edirlər ki, İlham Əliyev öz gündəliyini beynəlxalq müstəvidə qəbul etdirib və bu görüşün nəticəsini də öncədən həll edib.
Erməni ictimai xadim Henrix Danielyan Kişinyovda Paşinyanın növbəti təslimiyyətə imza atacağını hesab edir.
“ABŞ açıq şəkildə Əliyevə dəstəyini ifadə etdi və beynəlxalq oyunçular sülh sazişinin Bakının gündəliyinə əsasən imzalanmasını tələb edirlər. Kişinyovda yeni şərti təslimiyyət hazırlanır və Paşinyan bu sənədə imza atacaq”, - o deyib.
Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə amnistiya çağırışının ABŞ tərəfindən dəstəklədiyinə diqqət çəkən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq şifahi şəkildə tanıyıb, tezliklə, bunu yazılı şəkildə tanıyacaq./publika.az