​Tərtər sakinindən odlu və soyuq silahlar götürüldü

​Tərtər sakinindən odlu və soyuq silahlar götürüldü
10:17 02.06.2023
73 Hadisə
A- A+
Tərtərdə odlu və soyuq silahlar götürülüb.

Bu barədə  Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus "Walther" markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.

Bundan başqa, keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı 1 ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.