​Axtarışda olan şəxs GÖRÜN HANSI VƏZİYYƏTDƏ tapıldı? - Səkkiz gün əvvəl...

​Axtarışda olan şəxs GÖRÜN HANSI VƏZİYYƏTDƏ tapıldı?
10:36 02.06.2023
64 Hadisə
A- A+
Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundantəsdiq edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. /"Report"