​Fəridin anası bütün SİRLƏRİ AÇDI - Fəridin iranlı bir xanımla münasibəti olması...

​Fəridin anası bütün SİRLƏRİ AÇDI
14:30 02.06.2023
127 Siyasət
A- A+
İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Bu barədə məlumatı onu anası Dilarə Əsgərova məlumat verib. Dilarə Əsgərova bir çox nüanslarla bağlı Referans.az-a danışıb. O, Fəridin iranlı bir xanımla münasibəti olmasından xəbərsiz olduğunu deyib.

“Fərid iranlı xanımla münasibətdə olmasını mənimlə bölüşməmişdi. Baxmayaraq ki, mən ona sərbəstlik vermişəm. Yəni istədiyi millətindən dinindən asılı olmayaraq həmin kəslə münasibət qura biləciyəni mən ona bildirmişdim. Amma nəsə mənə deməmişdi. Gedəndə də İranda vəziyyət pis olduğundan mənim narazı olacağımı bilib o da elə uşaqdır ki, dedisə etməlidir qərar verdisə getməlidir. Yəqinki mənim ürəyimi sındırıb getmək istəməzdi. Ona görə fikirləşib ki, gedib tez qayıdaram. Çünki biz bir yerdə yaşamırdıq, ayrı-ayrı şəhərdə yaşayırdıq. Apreldə görüşməli idik. Fikirləşib gedib gələrəm anamın da xəbəri olmaz. Mən çox narahatam, çünki onu müdafiə edən bir vəkil yoxdur. İstənilən cəzanı verə bilərlər. Onsuz da veriblər. Ona qarşı ittiham irəli sürüblər. Absurd bir ittiham irəli sürüblər. Amma Fəridin müdafiə olunması üçün vəkil olmasını istəyirəm. Yəni ümid edirəm ki, işə prezident qarışar və Fəridin azad olunmasına nail olar”. 

Dilarə Əsgərova oğlunun daha öncə bir çox ölkələrə getdiyini, ancaq heç vaxt belə bir problemlə üzləşmədiyini qeyd edib.

“Xeyir ilk dəfə olub. Hətta onun dostu mənə dedi ki, Fəridlə danışıqları olub. O deyib ki, getmə təhlükəlidir. Fərid isə mənim heç bir siyasi aktivliyim, İran əleyhinə fəaliyyətim yoxdur. Yəni İranda heç vaxt mənə təhlükə yoxdur. Başqa ölkələrdə olub. Avropa ölkələrində və Rusiyada olub. Fərid heç vaxt belə problemlər isə rastlaşmayıb.”

Dilarə Əsgərova həmçinin Almaniya polisinə Fəridlə bağlı müraciət edildiyini də deyib.

“Mən Almaniyanın Xarici İşlər Nazirliyinə müraciət elədim. Onlar da Fəridin alman vətəndaşı olmadığına görə Azərbaycanın bu işlə məşğul olacağını bildirdilər. Amma alman polisində Fəridlə bağlı iş açılıb. Onlar İran tərəfdən cavab gözləyirlər. Yəni İranın Almaniyadakı səfirliyinə müraciət ediblər. Müstəntiq mütəmadi mənimlə əlaqə saxlayır. Onlardan cavab gözlədiyini bildirir”.