Bu barədə sakinlər Metbuat.az-ın qaynar xəttinə müraciət ediblər.
Redaksiyamıza göndərilən kadrlarda binanın girişində natəmizliyin, zibilliyin olduğu açıq-aydın görünür. Şikayətçi olan sakin deyir ki, gecə radələrində narkotik istifadəçiləri binanın birinci və ikinci mərtəbələrinə qədər çıxıb “işlərini” gördükdən sonra, yerə iynələri ataraq binada yaşayan azyaşlılar üçün təhlükəli vəziyyət yaradırlar:
“Qızım hər gün bağçaya gedəndə binanın birinci və ikinci mərtəbələrində olan şprisləri göstərib bura niyə atıldığını soruşur. Mən ona onlara toxunmamaq barədə danışmışam, amma, uşaqdır, birdən əl atsa, barmağına həmin iynənin ucu toxunsa, kim övladımın sağlamlığına görə cavadeh olacaq?”.
Şikayətçi bildirdi ki, bir müddət əvvəl polis reyd keçirərək ərazidə olan narkokuryer və istifadəçilərini saxlasa da, son zamanlar yenidən vəziyyət əvvəlki halına qayıdıb.
Məlumat üçün bildirək ki, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Vəziyyəti nəzarətdə saxlayıb, bu mövzuya yenidən qayıdacağıq.
.