​"2 ildir oğlanla sevgilidir, 1 həftədir xəbər tutub ki, evlidir?" - Psixoloq TƏNQİD ETDİ

​
14:38 02.06.2023
140 Hadisə
A- A+
Bu məsələdə hələ araşdırmalar gedir, kimin günahsız, kimin günahkar olduğunu deyə bilmərik. Hər halda qadına bu cür şiddət göstərilməsi qəbuledilməzdir. Bəziləri deyir “yaxşı at özünə qamçı vurdurmaz”, bəziləri deyir “xəyanət etməsəydi oğlan da onu vurmazdı”. Lakin xanımı müdafiə edənlər daha çox öz ətrafından olan insanlardır – modellər, bloqerlər".

Referans.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib. O həmçinin qeyd edib ki, qadını müdafiə etməmişdən əvvəl onun etdiklərinə baxmaq lazımdır. 2 ildir oğlanla sevgilidir, 1 həftədir xəbər tutub ki, o evlidir? Bu absurddur:

"Bu hadisə son zamanlarda qadınların kimlərinsə hesabına yaşamaq, maddiyat əldə etmək mübarizəsinin nəticəsidir. Öz əməyinizin, zəhmətinizin hesabına yox, hansısa kişinin hesabına nələrsə əldə etməyə çalışırsınız. Nəticədə də döyülürsünüz, söyülürsünüz, sizi alçaldırlar, hədə-qorxu gəlirlər.

Mən istəyərdim ki, Azərbaycan qadınları heç bir halda pula, mülkə satılmasınlar. Bir maşına görə kişinin səni döyməsinə, evdə qapalı saxlamasına dəyməz. Özünüzə dəyər verin. Subay qızın həyatında evli kişinin yeri olmamalıdır. Bunu etməyin. Edəndə də ağır fəsadları ilə qarşılaşacaqsınız. Bunu dəfələrlə görmüşük, amma yenə də təkrarlanır".