Buna səbəb sözügedən ərazidə "Marburq" virusunun müşahidə olunmasıdır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada belə qeyd edilib:
"“Biz BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səyahətlərini təxirə salmağı tövsiyə edirik”.Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və rəsmilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Bildirilib ki, Bəhreyn Səhiyyə Nazirliyi Marburq virusu ilə bağlı hadisələri diqqətlə izləyir və Tanzaniya və Ekvatorial Qvineyaya birbaşa uçuşlar olmadığı üçün virusun Bəhreynə keçmə riski azdır./32gun.az