Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin və onun yaxınlarının evində axtarış götürmə istintaq hərəkətləri aparılır.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
“Hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”- vəkil qeyd edib.